Azərbaycanda sel və daşqın ola bilər VİDEO


Digərləri 07 İyn 2018 23:43:00 730 0

Azərbaycanda sel və daşqın ola bilər  VİDEO

Bəzi çaylarda yenə sel və daşqınlar ola bilər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, yaxın günlərdə gözlənilən leysan yağışlarla əlaqədar ölkənin bəzi dağ çaylarından yenidən selin keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, bu gündən iyunun 11-dək ölkədə qeyri-sabit hava şəraiti müşahidə ediləcək. Bununla əlaqədar olaraq ölkənin əksər çaylarında sululuğun artacağı, dağ çaylarından, xüsusilə Böyük və Kiçik Qafqazdakı çaylardan qısamüddətli selin keçəcəyi gözlənilir.

Hidrometeoroloji Proqnozlar Bürosunun Baş Hidroloqu Asif Verdiyevin sözlərinə görə, bir neçə gün əvvəl dağıntılara səbəb olan çaylarda artıq suyun səviyyəsi xeyli enib. Lakin leysan yağışları nəticəsində həmin çaylarda da yenidən qısamüddətli sel olacağı istisna edilmir.


Xəbərə aid video