Bu 20 şərtə əməl olunsa, möminlər böyük əminamanlıqda yaşayarlar


Digərləri 07 İyn 2018 23:45:00 333 0

Bu 20 şərtə əməl olunsa, möminlər böyük əminamanlıqda yaşayarlar

Əgər bir cəmiyyətin bir yerdə əmin-amanlıq içində yaşamasını istəyiriksə, gərək həmin cəmiyyətdə ictimai etimad olsun.

Lüğəti mənasına baxsaq görərik ki, ictimai etimad dedikdə, söykənmək, inanmaq, həmin kəsə görə əmin olmaq nəzərdə tutulur.

Son.az deyerler.org-a istinadən bildirir ki,  ictimai etimadın əsas şərti olaraq, insanın cəmiyyətin hər bir üzvünə qarşı hüsnü-zənn bəsləməsi amili çox mühümdür. Ancaq bu halda insan başqaları ilə sülh və mehribanlıq içində yaşaya bilər. Yəni, onlara etimad edər.

Ona görə də İslam dini hər bir müsəlmandan istəyir:

1. Bir-birini başa düşmək və bir-biri ilə mehriban yaşamaq.

2. Nikbin olmaq və bədbinlikdən uzaq olmaq.

3. Haqqın tərəfdarı olmaq və qarşı tərəfin haqqını qorumaq.

4. Özünü bəyənməyinə görə özünü tənqid etmək və məzəmmət etmək.

5. Həm fərdi və həm də ictimai mühitdə aqilcəsinə rəftarlar nümayiş etdirmək.

6. İctimai şəxsiyyəti ləkələyən rəftarlardan uzaq olmaq.

7. Ədalət istəyində olmaq.

8. İctimai etidalı qorumaq üçün həmkarlıq etmək.

9. Yanlış düşüncələri islah etməyə çalışmaq və pis rəftarlara qarşı laqeyd qalmamaq.