Keniyada daşqınlar: 186 nəfər həlak oldu


Dünya 07 İyn 2018 23:31:00 262 0

Keniyada daşqınlar: 186 nəfər həlak oldu

Keniyada güclü yağışlar nəticəsində başlayan daşqınlar 186 nəfərin həyatına son qoyub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Humanitar Məsələlər üzrə BMT Ali komissarının İdarəsi məlumat verir.

Məlumata əsasən, daşqınlar nəticəsində 100 nəfər xəsarət alıb, azı 300 min nəfər isə öz evini tərk etmək məcburiyyətində qalıb. Ümumilikdə daşqınlardan 800 min insana zərər dəyib.