Nəhəng şirkət “WhatsApp”ı qadağan etdi


Digərləri 07 İyn 2018 23:36:00 291 0

Nəhəng şirkət “WhatsApp”ı qadağan etdi

Feysbukun tərkibində olan "WhatsApp" da məxfi məlumatları satmaqla günahlandırılır.   Son.az yeniavaz.az-a istinadən bildirir ki, nəhəng alman brendi "Continental" şirkətə aid təxminən 36 min telefondan "WhatsApp"ı sildirib. Rəsmilər bildiriblər ki, şirkətdən kənara çıxan hər məlumat pul itkisinə səbəb olur. Beləki, müştərilərlə münasibətdə hər hansı arzuedilməyən hal nəticəsində şirkət gəlirinin 4%-ni itirir.   Qeyd edək ki, dünyanın ən böyük firmalarından olan "Continental" kifayət qədər sübut topladıqdan sonra "WhatsApp"ı məhkəməyə verəcək.