Azərbaycanın 7 milyard barrel təsdiqlənmiş neft ehtiyatı var


Digərləri 07 İyn 2018 21:41:00 448 0

Azərbaycanın 7 milyard barrel təsdiqlənmiş neft ehtiyatı var

Ötən ilin sonuna Azərbaycanın təsdiq edilmiş xam neft ehtiyatları 7 milyard barrel təşkil edib. Bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) illik statistik hesabatında deyilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2017-ci ilin sonuna olan məlumata görə, Xəzəryanı ölkələrdən İranın təsdiqlənmiş neft ehtiyatları 155 milyard 600 milyon barrel, Rusiyanın 80 milyard barrel, Qazaxıstanın 30 milyard barrel, Türkmənistanın isə 600 milyon barrel olub.

Dünyada təsdiq olunmuş neft ehtiyatlarına görə ilk sırada 302 milyard 809 milyon barrel ilə Venesuela, ikinci yerdə 266 milyard 260 milyon barrellə Səudiyyə Ərəbistanı, üçüncü sırada İran (155,6 milyard barrel), dördüncü yerdə 147 milyard 223 milyon barrel ilə İraq, beşinci sırada isə 101 milyard 500 milyon barrellə Küveyt qərarlaşıb. Dünyada təsdiqlənmiş neft ehtiyatları ən az olan ölkə 198 milyon barrel ilə Belarusdur.