Sumqayıtda aptek işçisi döyülüb


Digərləri 07 İyn 2018 21:32:00 318 0

Sumqayıtda aptek işçisi döyülüb

Sumqayıt şəhərində 19 yaşlı qız döyülüb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə 42-ci məhəllə ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü Cəmilə Qismət qızı Seyidova naməlum şəxslərin hücumuna məruz qalıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisənin kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, C.Seyidova Sumqayıt şəhərində apteklərdən birində işləyir.