İçərişəhərdəki Müasir İncəsənət Mərkəzində “Artişok” sərgisi açılıb FOTO


Digərləri 07 İyn 2018 21:13:00 264 0

İçərişəhərdəki Müasir İncəsənət Mərkəzində “Artişok” sərgisi açılıb  FOTO

İyunun 7-də İçərişəhərdəki Müasir İncəsənət Mərkəzində "Cubik School of Fine Arts"ın həvəskar rəssamlarının "Artişok" sərgisi açılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov çıxış edərək sərgidə müxtəlif yaş qruplarından olan həvəskar rəssamların ümumilikdə 120 əsərinin nümayiş olunduğunu bildirib. Diqqətə çatdırılıb ki, rəsm əsərləri həm mövzu, həm də məna baxımdan maraq doğurur. Bu da onların incəsənəti sevdiklərini, bu sənətə böyük məhəbbətlərini göstərir. Belə sərgilərin təşkili uşaqların sənətə marağını artırır, onları daha böyük həvəslə əsərlər yaratmağa sövq edir.

Sonra rəssamlara sertifikatlar təqdim edilib.


Xəbərə aid fotolar