Qubada qayıq gəzintisinə turist axını var VİDEO


Digərləri 07 İyn 2018 21:03:00 359 0

Qubada qayıq gəzintisinə turist axını var  VİDEO

Havalar istiləşəndən insanlar dincəlmək üçün istirahət məkanlarına və ya əlverişli təbii ərazilərə üz tutur.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, belə yerlərdən biri Quba rayonunun 2-ci Nügədi kəndi ərazisində olan göl və ətrafında olan əlverişli təbiətdir. İnsanlar bura bir və bir neçə günlük istirahətə gəlirlər. Mövsümdə işləri ən yaxşı gedən isə göldə qayıq sürənlərdir. Onlar gün ərzində 150 - 200 manat arasında pul qazana bilirlər.

Kənddə kifayət qədər əylənsələr də göldə qayıqla gəzmək turistlərə xüsusi zövq verir. Onlar qiymətlərdən də razıdır.

Qayıq sürənlər turistlərə adrenalin yaşatmaq üçün daha sürətli sürüb, müxtəlif manevrlər edirlər. Bu da insanların xoşuna gəlir.


Xəbərə aid video