İsveçdə özbək sürücü ömürlük həbs olundu FOTO


Dünya 07 İyn 2018 20:50:00 282 0

İsveçdə özbək sürücü ömürlük həbs olundu  FOTO

Ötən il Stokholmda idarə etydiyi yük maşınını kütlənin üzərinə sürərək, beş nəfəri qətlə yetirmiş özbəkistanlı Raxmat Akilov ömürlük azadlıqdan məhrum edilib.

Son.az oxu.az-a istinadən bildirir ki, 40 yaşlı sürücü terrorçuluqda təqsirli bilinib.

İstintaq məlumatlarına əsasən, Akilov qanlı hücumu həyata keçirməzdən əvvəl İŞİD qruplaşmasına beyət edib.

Ancaq terrorçu qruplaşmanın hücuma görə məsuliyyəti öz üzərinə götürməməsi, prokurorluğun işini bir qədər çətinləşdirib. Dövlət ittihamçısı onun İsveç dövlətinə qarşı məkrli planlarının olduğunu sübuta yetirmək üçün uzun müddət tutarlı dəlillər toplamalı olub.


Xəbərə aid fotolar