“Eurovision” təşkilatçıları İsraili hiddətləndirib


Dünya 07 İyn 2018 20:53:00 251 1

“Eurovision” təşkilatçıları İsraili hiddətləndirib

"Eurovision" mahnı müsabiqəsinin təşkilatçıları, o cümlədən Avropa yayım ittifaqı İsraili gələn ilki mahnı müsabiqəsini Qüdsdə keçirməməyə çağırıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu haqda "Ynetnews" portal məlumat yayıb.

Təşkilatçılar müsabiqənin hər hansı münaqişələrə və ya etirazlara yol aça biləcək məkanda keçirilməsinə qarşı olduğunu bildirib.

Avropa yayım ittifaqı üzvləri İsrail nümayəndələri ilə işgüzar görüş zamanı bu şərtləri irəli sürüb.