Sərkisyan hərəkətə keçdi: Paşinyana əngəl yaradılır –


Dünya 07 İyn 2018 20:45:00 222 0

Sərkisyan hərəkətə keçdi: Paşinyana əngəl yaradılır –

Ermənistan prezidenti Armen Sərkisyan Konstitusiyanı dəyişmək üçün hərəkətə keçib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ermənistanda nəşr olunan "Hraparak" qəzeti yazır.

Qəzet qeyd edir ki, Sərkisyan bu addımı parlamentdə çoxluqda olan Respublika Partiyası ilə Baş nazir Nikol Paşinyanın başçılıq etdiyi hökumət arasında tarazlıq yaratmaq üçün atır.

Armen Sərkisyan Konstitusiyaya əlavə və dəyişiklər layihəsi hazırlamaq üçün hüquqşünaslara göstəriş verib. Bununla bağlı işçi qrupu yaradılıb.