Krım, növbəti prezidentlik, "çar olması" və yarıçılpaq şəkilləri barədə


Dünya 07 İyn 2018 20:11:00 315 0

Krım, növbəti prezidentlik, "çar olması" və yarıçılpaq şəkilləri barədə

Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı günü Avstriyaya səfərindən əvvəl bu ölkənin ORF kanalına müsahibə verib.

Jurnalist Armin Wolf, Rusiya prezidentini çar hesab edənlərin fikrilə razı olub-olmadığını, prezidentin köynəksiz şəkilləri, Donbas üzərində Malayziya təyyasinin vurulması və Krımın ilhaqı ilə maraqlanıb.

MH17 reysi barədə

Müsahibə gedişatında Vladimir Putin 2014-cü ildə Hollandiyadan Malayziyaya yollanarkən Donbas üzərində qəzaya uğrayan MH17 reysinin Rusiyanın BUK raketilə vurulması barədə beynəlxalq təhqiqat komissiyasının nəticəsini rədd edib.

Jurnalist Armin Wolf deyib ki, BUK raketlərinin Rusiyadan bölgəyə gətirilməsi telefon danışıqları, şahidlərin ifadəsi, videogörüntülər kimi dəlillərlə təsdiqlənir.

"...Siz artıq bir ildir ki, bunun həqiqətə uyğun olmadığını deyirsiniz, lakin praktiki olaraq buna heç kimin inanmadığını demək olar".

Vladimir Putin Donbas bölgəsindəki bütün qüvvələrin Rusiya silahından istifadə etdiyinə əsaslanaraq Rusiyanın təqsirkar olduğu ilə razılaşmayıb.

O, həmçinin ölkəsinin araşdırmada iştirakına icazə verilmədiyini və Malayziyanın Rusiyanı təqsirkar hesab etmədiyini vurğulayıb.

Krımın ilhaqı barədə

Müxbir soruşub ki, Krımda nişansız hərbçilərin Rusiya əsgərləri olduğunu inkar edən Moskva daha sonra bunu etiraf edib.

"...Əvvəlcədən inkar etdiyinizə rəğmən, daha sonra əsgərlərin Rusiya ordusunun nümayəndələri olduğunu dəfələrlə etiraf etmisiniz. Axı sizə bu dəfə niyə inanmalıyıq ki?"

Rusiya lideri cavabında Krımda həmişə Rusiya ordusunun olduğunu vurğulayıb.

"...Mən istəyirəm ki, siz bəzi şeyləri mexaniki təkrar etməyib, orada baş verənləri doğrudan da anlayasınız. Krımda həmişə Rusiya ordusu olub. Bizim hərbi kontingentimiz olub".