Tələbə göldə boğulub VİDEO


Digərləri 07 İyn 2018 20:05:00 277 0

Tələbə göldə boğulub  VİDEO

İtalyanın Roma Universitetində təhsil alan azərbaycanlı tələbə Elnur Babayev orada göldə çimərkən boğularaq ölüb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə bir neçə gün əvvəl Kastel Qandolfo şəhərindəki Albano gölündə baş verib. 29 yaşlı Elnur Babayevin anası Nigar Babayeva deyir ki, oğlu Roma Universitetində politologiya fakültəsinin magistraturasında 2-ci kurs tələbəsi olub. Elnuru mayın 30-da valideynləri Romaya yola salıblar. 2 aydan sonra isə Elnur Babayev həmin universiteti bitirəcəkdi. Ancaq qəfil gələn xəbər bütün ailəni yasa boğub.

Qeyd edək ki, E.Babayev ailənin tək övladı olub.

Elnurun əmisi Məmməd Babayev isə deyir ki, qardaşı oğlu göldə qrup yoldaşı ilə birgə çimirmiş. Göl dərin olduğundan, üstəlik də Elnurun üzməyi bacarmaması onun ölümünə səbəb olub.

Hazırda Elnur Babayevin atası Rafiq Bababyev hadisə baş verən yerə gedib. Rafiq Babayev hadisə yerindən "Xəzər Xəbər"ə bildirdi ki, göldə Elnurun cəsədinin tapılması üçün axtarışlar davam edir. O, həmçinin Azərbaycanın İtalyadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadənin də hadisə yerində olduğunu və mütəmadi olaraq onunla maraqlandığını bildirdi.


Xəbərə aid video