Yunanıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlıq müzakirə edilib


Digərləri 07 İyn 2018 19:52:00 291 0

Yunanıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlıq müzakirə edilib

İqtisadiyyat naziri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb.

Bakı. İqtisadiyyat naziri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında diplomatik əlaqələrin 1992-ci ildə qurulduğunu, Yunanıstan səfirliyinin Azərbaycanda açılan ilk səfirliklərdən olduğunu qeyd edib. Vurğulanıb ki, Prezident İlham Əliyev Yunanıstanda 3 dəfə səfərdə olub, Yunanıstan rəsmiləri də ölkəmizdə səfərlərdə olublar və ölkələrimiz arasında 25-ə yaxın sənəd imzalanıb. Ölkələrimiz arasındakı Hökumətlərarası Komissiya, Azərbaycan və Yunanıstan parlamentlərində fəaliyyət göstərən işçi və dostluq qrupları, Yunanıstan-Azərbaycan Ticarət Palatası və “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti uğurlu əməkdaşlıq mexanizmlərindəndir.