Sumqayıtda 15 yaşlı qızı maşın vurdu


Digərləri 07 İyn 2018 19:21:00 262 0

Sumqayıtda 15 yaşlı qızı maşın vurdu

Sumqayıt şəhərində 15 yaşlı məktəbli qızı avtomobil vurub.

Son.az-ın report-ın məlumatına görə, hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb

Sumqayıt şəhər Kimyaçılar qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Vüsalə Mübariz qızı İbrahimova həmin ərazidə yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.