10 qız böyüdən ailə: “Hər biri oğuldan artıqdır” VİDEO FOTO


Digərləri 07 İyn 2018 18:40:00 302 0

10 qız böyüdən ailə: “Hər biri oğuldan artıqdır”  VİDEO  FOTO

İsmayıllı rayonunun Xəlilli kənd sakini Əlimövsüm kişi və həyat yoldaşı Kimya xanım isə 10 qız övladı böyüdüb, hamısını ev-eşik və ailə sahibi edib.

Son.az ARB Şəki-yə istinadən xəbər verir ki, Əlimövsüm Qədirovun dediyinə görə, qızı olduğu üçün bircə dəfə də həyat yoldaşına eyham vurmayıb. Əksinə, hər uşağı doğulanda sağlam olduğuna görə Allaha şükür edib və qurban kəsib. Əlimövsüm Qədirov (10 qız atası): "Barmağın hansını kəssən ağrıyır. Mənim üçün hər biri oğuldan artıqdır". Kimya Qədirova isə 20 övladın, yəni 10 qız və 10 kürəkənin, eləcə də nəvə-nəticənin əhatəsində xoşbəxt qocalıq ömrü yaşayır. Kimya Qədirova (10 qız anası): "Bizi çox qoymurlar işləməyə. Hərəsi 10 oğuldan artıqdır". 50 ildir ailəli olan Kimya və Əlimövsüm Qədirovlar qızlarına təhsil verib və adət-ənənənələrə uyğun olaraq gəlin köçürüb. Qədirovlar ailəsinin gənclərə yeganə məsləhəti isə budur ki, qızdır deyib hələ dünyaya gəlməyən övladınızın qatili olmayın, çünki övladına yaxşı tərbiyə verə bilən ata-ana üçün övladın oğul, ya qız olmasının fərqi yoxdur. Yetər ki, Vətəninə, millətinə layiqli övlad olsun!


Xəbərə aid foto