17 yaşlı oğlan özünü asdı


Digərləri 07 İyn 2018 18:46:00 270 0

17 yaşlı oğlan özünü asdı

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Petrovka kəndində qeydə alınıb. 

Belə ki, 17 yaşlı Rasim Azər oğlu Məmmədov özünü asaraq intihar edib. O, yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İntiharın səbəbləri hələlik məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.