Kariusa növbəti zərbə sevgilisindən gəldi


İdman 07 İyn 2018 18:45:00 315 0

Kariusa növbəti zərbə sevgilisindən gəldi

Çempiyonlar Liqasının finalında etdiyi səhvlər sonrası qapısında gördüyü qollara görə ölümlə təhdid edilən Liverpool-un çərçivə qoruyucusu Loris Kariusu sevgilisi - İngilis model Lant Rose Koçran-Stak tərk edib.

Goal.az xəbər verir ki, ingilis polisi təhdidlər sonrası araşdırmalara başladıqlarını açıqlasa da, Kariusa bir zərbə də sevgilisindən gəlib. İngilis model Kariusa gələn təhdidlərdən cana yığılıb, münasibətlərini bitirmək qərarı verib.

Qeyd edək ki, Real Madrid ÇL-in finalında Liverpool-a 3:1 hesabı ilə qalib gələrək, Zidanın rəhbərliyi altında ardıcıl 3-üncü dəfə qitənin ən güclüsü oldu.