Hərbi Dəniz Qüvvələrinin praktiki təlim məşqləri keçirilib


Digərləri 07 İyn 2018 18:33:18 243 0

Hərbi Dəniz Qüvvələrinin praktiki təlim məşqləri keçirilib

Gəmi qruplarının, hissə və bölmələrin cəmləşmə rayonlarına çıxışı, şəxsi heyətin üzməyə hazırlanması və döyüş uzlaşması tədbirləri icra olunub.

Bakı. Hərbi Dəniz Qüvvələrinin praktiki təlim məşqləri keçirilib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, məşqlərin ilkin mərhələsində gəmi qruplarının, hissə və bölmələrin cəmləşmə rayonlarına çıxışı, şəxsi heyətin üzməyə hazırlanması və döyüş uzlaşması tədbirləri icra olunub. Sonrakı mərhələlərdə gəmilər şərti düşmənin üzən minaları, dəniz və hava hədəflərini dəqiq atəşlə məhv ediblər.