Ronaldo Real-ın prezidentini yalançı hesab edir


İdman 07 İyn 2018 18:23:00 397 0

Ronaldo Real-ın prezidentini yalançı hesab edir

Kriştianu Ronaldo Real Madrid-i tərk etmək qərarını qətiləşdirib. Goal.az "Record"a istinadən xəbər verir ki, portuqaliyalı ulduzu ən çox klub prezidenti Florentino Perez və baş direktor Xose Anhel Sançez narazı salıb. Rəhbərlik Ronaldonun agenti Jorje Mendeşə bildirib ki, onun maliyyə tələblərini qarşılamaq fikrində deyil. Ronaldo Perezin onu aldatdığını hesab edir. Çünki tərəflər yaxşılaşdırılmış maliyyə şərtləri ilə yeni müqavilə imzalamaq barədə öncədən razılığa gəlibmiş.

Ronaldonun Real-la müqaviləsi 2021-ci ildə başa çatacaq. Onun məvacibi 21 milyon avrodur.