Qida məhsullarının idxalixracı ilə bağlı yeni qaydalar müzakirə edilib FOTO


Digərləri 07 İyn 2018 17:53:00 257 0

Qida məhsullarının idxalixracı ilə bağlı yeni qaydalar müzakirə edilib  FOTO

İyunun 7-də Bakı Baş Gömrük İdarəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ilə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli arasında görüş keçirilib.

AQTA-dan Son.az-a verilən məlumata görə, görüşdə iyulun 1-dən qida məhsullarının idxal-ixrac əməliyyatlarına tətbiq ediləcək yeni qaydalar, həmin qaydaların icra mexanizmləri müzakirə olunub.

Hər iki qurumun rəhbəri Bakı Baş Gömrük İdarəsinin zalında qida məhsullarının gömrük rəsmiləşdirilməsi prosesini əyani şəkildə izləyib, sahibkarlarla görüşərək onları maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb, yeni qaydaların əhəmiyyəti, idxal-ixrac proseslərinin sadələşdirilməsi ilə bağlı məlumatlandırıblar.


Xəbərə aid fotolar