Dövlət Taxıl Fondu ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünə başlayıb


Digərləri 07 İyn 2018 17:57:00 341 0

Dövlət Taxıl Fondu ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünə başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib.

FHN-dən Son.az-a verilən məlumata görə, nazirliyin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün "Səngəçal Taxıl Elevatoru", "Gəncə Taxıl Elevatoru", "Abşeron Taxıl" MMC, "Dəvəçi-Dəyirman" MMC, "Karat-Holdinq" MMC, "Karmen" MMC, "Gəncə-Dəyirman" MMC, "N.Quliyev adına Bakı-Taxıl" ASC, "Aveta" MMC, "Neon" firması, "EL-Babatürk" MMC, "Pak-Nur" firması, "Xırman" MMC, "Rəşad" firması,"Səma"FF firması, "Avropa" firması, "Sarı sünbül" firması, "Azəri-Arapoğlu" US, T.Ltd BM və "Svinks" MMC müəssisələri vasitəsilə cari ilin iyun ayının 7-dən sentyabr ayının 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 300 AZN olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcəkdir. Taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər:

I. Dənin naturası (bir litrlik purkalarda qramla):

buğda üçün - 750 q/l-dən az olmamaqla II. Alaq otları (zibil) qarışığı (faizlə):

buğda üçün - 2 faizdən çox olmamaqla III. Dən qarışığı (faizlə):

buğda üçün - 5 faizdən çox olmamaqla IV. Nəmlik (faizlə)- bütün bitkilər üçün:

13,0 faizdən çox olmamaqla V. Yapışqanlıq : 3-cü sinif buğda üçün - 23 faizdən az olmamaqla

yapışqanlığın keyfiyyəti: (göstərici: 65-75) VI. Şüşəvarilik:

3-cü sinif buğda üçün - 40% -dən az olmamaqla VII. İyi və dad - bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad - yol verilmir