“Damla oxudu, gördüm ki, qətiyyən onluq deyil”


Şou-biznes 07 İyn 2018 17:32:00 377 0

“Damla oxudu, gördüm ki, qətiyyən onluq deyil”

ARB TV-nin "Səhər-Səhər" verlişində növbətinin qonağı xalq artisti Nazpəri Dostalıyevanın bacısı müğənni Zeynəb Dostəliyeva və əməkdar artist Kübra Əliyeva olub.

Son.az bildirir ki, müğənni Damlanın ifasında xalq mahnılarını bəyənmədiyini dilə gətirib:  "Damla çıxıb oxuyur artıq. Efirlərdə də, maşallah, hər dəfə görürük. Damlanın konsertinə baxdım. Nə qədər ki, türk boğazı ilə oxuyur, o mahnılar ona gözəl yaraşır. Amma bir-iki xalq mahnısı oxudu, gördüm ki, yox, qətiyyən onluq deyil. Onun etikası mənim çox xoşuma gəlir". Əməkdar artist isə, ümumiyyətə, Damlanı tanımadığını deyib: "Mən, vallah, Damlanı tanımıram. Adını duymuşam. Özünü görməmişəm hələ".


Xəbərə aid fotolar