Beşiktaş futbolçusunun məhkəməsi başlanıb


İdman 07 İyn 2018 17:30:00 351 0

Beşiktaş futbolçusunun məhkəməsi başlanıb

Ötən mövsüm Türkiyə Superliqasında baş tutan Beşiktaş - Medipol Başakşehir matçında baş hakim Mete Kalkavanı təhqir edən Caner Erkinin məhkəməsi başlayıb. Goal.az xəbər verir ki, İstanbulda baş tutan məhkəmə prosesində "qara qartallar"ın müdafiəçisinə 2 ilə qədər həbs cəzası istənilir. Caneri məhkəmədə vəkili təmsil edib. Toplantıda Mete Kalkavan ünvanına təhqir eşitmədiyini və futbolçudan şikayətçi olmadığını bildirib. Referinin vəkili də Canerdən şikayət etmək istəmədiklərini qeyd edib.