Debütantın ilk transferi


İdman 07 İyn 2018 17:12:00 286 0

Debütantın ilk transferi

Azərbaycan Premyer Liqasının debütantı Sabah klubu ilk rəsmi transferini həyata keçirib. Goal.az xəbər verir ki, Tərzin Cahangirovla 2 illik müqavilə bağlanılıb. Komandanın baş məşqçisi Elşad Əhmədov Report-a açıqlamasında bu barədə danışıb. O, Kərim Diniyev və Məqsəd İsayevlə də anlaşdıqlarını, lakin sözləşmənin yaxın günlərdə rəsmiləşəcəyini əlavə edib.  

Əhmədov həmçinin 2 legionerlə danışıqlar apardıqlarını açıqlayıb: "Qanalı hücumçu Latif Amadu və xorvatiyalı yarımmüdafiəçi Antun Paliçlə danışıqlarımız davam edir. Onları yeni mövsümdən komandamızda görmək istəyirik. Lakin hələ keçidləri rəsmiləşməyib. Digər izlədyimiz yerli və əcnəbi futbolçular da var. Hamısını nəzərdən keçiririk".

26 yaşlı Tərzin Cahangirovun son klubu Premyer Liqada sonuncu yeri tutan Kəpəz olub. O, əvvəllər Qəbələ, Sumqayıt, Zirə və Neftçi-də də çıxış edib.