Vladimir Putin: "Uzaq kosmosun mənimsənilməsi ilə əlaqədar yaxşı proqramlarımız var"


Dünya 07 İyn 2018 17:06:23 237 0

Vladimir Putin: "Uzaq kosmosun mənimsənilməsi ilə əlaqədar yaxşı proqramlarımız var"

Rusiya həddindən artıq ağır raketlərin ilk sınağını pilotsuz rejimdə keçirəcək

Rusiya həddindən artıq ağır raketlərin ilk sınağını pilotsuz rejimdə 2022-ci ilədək keçirəcək.

"Report" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin "canlı yayım"da bildirib.

"Uzaq kosmosun mənimsənilməsi ilə əlaqədar yaxşı proqramlarımız var. 2022-ci ilədək həddindən artıq ağır raketlərin ilk sınağını keçirməliyik, bu, pilotsuz rejimdə raket buraxılışı olmalıdır.2024-cü ilədək isə artıq pilotlu aparatlardan istifadə edilməlidir", - V.Putin deyib.

Onun sözlərinə görə, Rusiyanın kosmik fəzanın inkişafı üzrə iddialı planları var. V.Putin 2019-cu ilədək "Avanqard" sisteminin, 2020-ci ilədək isə "Sarmat" raketinin Silahlı Qüvvələrin xidmətinə veriləcəyini də açıqlayıb.