Lavrov: "Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 30 faiz artıb"


Dünya 07 İyn 2018 17:00:00 283 0

Lavrov: "Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 30 faiz artıb"

Ermənistan XİN başçısı ilə danışıqlarımız konstruktiv və müttəfiq ölkələrin ruhuna uyğun keçdi.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Zohrab Mnatsakanyanla keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib. 

Rusiyalı nazir görüş zamanı iki ölkə arasında iqtisadi-ticarət sahəsində əlaqələri müzakirə etdiklərini söyləyib: "Rusiya Ermənistanın aparıcı ticarət tərəfdaşı olaraq qalır. İki ölkə arasında ötən il ticarət dövriyyəsinin həcmi 30 faiz artıb".