Bakıda atışmada təqsirləndirilən dünya çempionuna


Digərləri 07 İyn 2018 16:50:00 230 0

Bakıda atışmada təqsirləndirilən dünya çempionuna

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda atışmada təqsirləndirilən Xəyyam Səfixanov, Murad Həsrətov, Tunar Nağızadə, Emin Əliyev və İlham Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Xəyyam Səfixanov, Murad Həsrətov, Tunar Nağızadə, Emin Əliyevin hər biri 2 il 6 ay, İlham Ramazanov isə 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il yanvarın 7-də Nərimanov rayonu Fətəli zan Xoyski küçəsi, 134 ünvanında yerləşən "Nənəmin təndiri" restoranının yaxınlığında əraziyə toplaşan şəxslərin mübahisəsi zamanı odlu silahlardan istifadə olunub.