Prezident Administrasiyası: TANAP Türkiyə və Azərbaycanı daha da birləşdirdi


Digərləri 07 İyn 2018 16:44:00 242 0

Prezident Administrasiyası: TANAP Türkiyə və Azərbaycanı daha da birləşdirdi

Transanadolu boru kəməri (TANAP) layihəsinin reallaşdırılması Türkiyə və Azərbaycanı daha da birləşdirdi.

Bakı. Rufiz Hafizoğlu - Transanadolu boru kəməri (TANAP) layihəsinin reallaşdırılması Türkiyə və Azərbaycanı daha da birləşdirdi. Bu barədə Trend-ə TANAP-ın gözlənilən açılışını şərh edərkən Türkiyə Prezidenti Administrasiyasından bildiriblər. Administrasiyadan deyiblər ki, Azərbaycanla birgə həyata keçirilən bütün layihələr çox uğurludur və nəinki iki ölkənin, eləcə də bütün regionun inkişafına istiqamətlənib: "TANAP ilk gündən Türkiyə və Azərbaycanın xüsusi diqqəti altında olan layihədir. Qeyd edək ki, iyunun 12-də TANAP layihəsinin açılış mərasimi keçiriləcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin