Azərbaycanın mədəniyyət nazirinin 3 müavini olacaq


Digərləri 07 İyn 2018 16:24:00 252 0

Azərbaycanın mədəniyyət nazirinin 3 müavini olacaq

Azərbaycanın mədəniyyət nazirinin 3 müavini olacaq.

Son.az report-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin iyunun 6-da təsdiqlədiyi Mədəniyyət Nazirliyinin Əsasnaməsində əksini tapıb.  

Onlardan biri birinci müavin, ikisi isə müavin postunu tutacaq. Nazir müavinlərini Azərbaycan Prezidenti vəzifəyə təyin və vəzifədən azad edəcək.

Nazir müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirəcəklər və bunun üçün şəxsən məsuliyyət daşıyacaqlar.