Messi: "Bunun növbəti dəfə yaşanmasına imkan verə bilmərik"


İdman 07 İyn 2018 16:30:00 268 0

Messi: "Bunun növbəti dəfə yaşanmasına imkan verə bilmərik"

Barcelona-nın hücumçusu Lionel Messi komandasının Çempionlar Liqasında çıxışı barədə danışıb. Goal.az xəbər verir ki, "Mundo Deportivo" nəşrinə müsahibəsində argentinalı ulduz bu məsələyə də toxunub.

"Biz ardıcıl 3-cü dəfə Çempionlar Liqasında mübarizəni 1/4 finalda başa vurduq. Bunun növbəti dəfə yaşanmasına imkan verə bilmərik. Rəqiblərimiz bizdən üstün deyil, amma hər şeyi detallar həll edir. Bu, hər dəfə baş verir. Belə şeylərə böyük önəm verməməyə çalışırıq. 1/4 final mərhələsini keçmək istəyirik. Barcelona imkan verə bilməz ki, daha bir mövsüm Çempionlar Liqası kubokunu qazanmasın".