Pele: "Neymar təkbaşına dünya çempionatını qazana bilməz"


İdman 07 İyn 2018 16:12:00 400 0

Pele: "Neymar təkbaşına dünya çempionatını qazana bilməz"

Dünya futbolunun canlı əfsanəsi Pele Braziliya millisinin 2018-ci il dünya çempionatındakı perspektivini nəzərdən keçirib. Goal.az xəbər verir ki, "futbol kralı" bunları qeyd edib:

"Titeyə inamım tamdır. Məni tək bir şey narahat edir. Dünya çempionatına bir neçə gün qalır. Bizim isə münasib komandamız hələ də formalaşmayıb. fərdi baxımdan btün futbolçular yaxşıdır. Amma biz komanda deyilik.

Mənə görə Neymar dünyanın ən yaxşı futbolçularından biridir. İndi o, daha yetkin və təcrübəlidir. Lakin Neymar təkbaşına dünya çempionatını qazana bilməz. Belə turnirlərdə komanda halında oynayanlar qalib gəlir.

Ən yaxşı Braziliya millisi 1970-ci ildəki idi. Həmin vaxt dünya çempionatı üçün 6 aydan çox birlikdə oynadıq. Ona görə məqsədimizə nail olduq".