Qida məhsullarının idxal-ixrac əməliyyatlarında tətbiq ediləcək yeni qaydalar müzakirə edilib (FOTO)


Digərləri 07 İyn 2018 16:05:00 269 0

Qida məhsullarının idxal-ixrac əməliyyatlarında tətbiq ediləcək yeni qaydalar müzakirə edilib (FOTO)

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ilə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında görüş keçirilib.

Bakı. Bakı Baş Gömrük İdarəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ilə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında görüş keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, görüşdə iyulun 1-dən qida məhsullarının idxal-ixrac əməliyyatlarına tətbiq ediləcək yeni qaydalar, həmin qaydaların icra mexanizmləri müzakirə olunub. Hər iki qurumun rəhbəri Bakı Baş Gömrük İdarəsinin zalında qida məhsullarının gömrük rəsmiləşdirilməsi prosesini əyani şəkildə izləyib, sahibkarlarla görüşərək onları maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb, yeni qaydaların əhəmiyyəti, idxal-ixrac proseslərinin sadələşdirilməsi ilə bağlı məlumatlandırıblar.