Həftəsonu Musiqili Teatrda üç tamaşa nümayiş olunacaq


Digərləri 07 İyn 2018 15:58:00 202 0

Həftəsonu Musiqili Teatrda üç tamaşa nümayiş olunacaq

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar

HəftəsonuAzərbaycan Dövlət Musiqili Teatrında üç tamaşa nümayiş olunacaq.

Teatrdan "Report"a verilən məlumata görə, iyunun 8-isaat 19:00-da “Kimdir müqəssir?” (Ə.Haqverdiyev), iyunun 9-usaat 19:00-da “Qızıl toy” (O.Kazımi, R.Heydər) və iyunun 10-u saat 19:00-da “Baladadaşın toy hamamı” (Elçin) tamaşalarını təqdim edəcək.

Həftəsonu nümayiş olunacaq səhnə əsərlərində xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Ələkbər Əliyev, Çingiz Əhmədov, Almaz Ələsgərli, Əzizağa Əzizov, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Gülnarə Əzizova, Yuliya Heydərova, Rəsmiyyə Nurməmmədova, Şaban Cəfərov, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Nadir Xasıyev, Əmrah Dadaşov, Telnaz Hüseynova, Aydan Həsənova, Elxan İsmayılov, Hüseyn Əlili, Gültac Əlili, Ağaxan Şərifov, Elçin İmanov, Elməddin Dadaşov, Fərid Rzayev,Nigar Qarayeva, balaca aktyor Tamerlan Əhmədov və başqaları iştirak edirlər.

Tamaşalara 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.