Ronaldo: "Avropa çempionatında olduğu kimi sona qədər döyüşəcəyik"


İdman 07 İyn 2018 15:50:00 283 0

Ronaldo: "Avropa çempionatında olduğu kimi sona qədər döyüşəcəyik"

Real və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo qarşıdakı dünya çempionatında iddialı olacaqlarını bildirib. Goal.az xəbər verir ki, ulduz futbolçu bunları qeyd edib:

"Biz dünya çempionatının favoriti deyilik. Realist olmaq lazımdır. Amma futbolda qeyri-mümkün heç nə yoxdur. Portuqaliya tədricən irəliləyəcək. Çətin qrupda mübarizə aparacağıq. Lakin bu heyətlə milli komanda qarşısına böyük məqsədlər qoymalıdır. Əminəm ki, maksimum səy ortaya qoyacağıq. Komanda, eynilə 2016-cı il Avropa çempionatında olduğu kimi sona qədər döyüşəcək. Görək, bundan nə çıxacaq".

Dünya çempionatının qrup mərhələsində Portuqaliyanın rəqibləri İspaniya, İran və Mərakeşdir.