Sonuncu sınaq imtahanının vaxtı


Digərləri 07 İyn 2018 14:42:00 243 0

Sonuncu sınaq imtahanının vaxtı

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün iyunun 10-da respublikanın 12 şəhər və rayonunda sınaq imtahanları keçirəcək.

DİM-dən Son.az-a verilən məlumata görə, imtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 26 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 5282 abituriyent qeydiyyatdan keçib.

Sınaq imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq.