Ceyranbatanda su kanalını çirkləndirən şəxslər cərimələndi


Digərləri 07 İyn 2018 14:47:00 259 0

Ceyranbatanda su kanalını çirkləndirən şəxslər cərimələndi

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində tullantı sularının kanala axıdılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinın əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bakı. Abşeron rayonu, Ceyranbatan qəsəbəsində tullantı sularının kanala axıdılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinın əməkdaşları tərəfindən yerində araşdırılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı Ceyranbatan Su Anbarını qidalandırmayan kanalın sanitar-mühafizə zonasında yerləşən heyvandarlıq təsərrüfatlarında və “Ceyranbatan Dəmir-Beton” ASC-də formalaşan tullantı sularının birbaşa kanala axıdıldığı aşkar olunub.