Azərbaycanda bu nazirlik cərimələrdən 76 min manat yığdı


Digərləri 07 İyn 2018 14:16:00 305 0

Azərbaycanda bu nazirlik cərimələrdən 76 min manat yığdı

16-31 may 2018-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 366 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 96 müddətli "məcburi göstəriş" verilib.