Azərbaycanda ali məktəbə qəbul olan tələbələrin sayı 12 faiz artıb


Digərləri 07 İyn 2018 14:03:00 258 0

Azərbaycanda ali məktəbə qəbul olan tələbələrin sayı 12 faiz artıb

Azərbaycanda ali məktəbə qəbul olan tələbələrin sayı 12 faiz artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universiteti 3-cü Beynəlxalq Elmi Təhsil Konfransının açılış mərasimində çıxış edən təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qəbulundan 5 ilə yaxın müddət keçir. Bu müddətdə bir çox işlər görülüb, təhsilin məzmunu sahəsində nailiyyətlər əldə edilib.