Zakir Həsənov NATOnun toplantısında iştirak edəcək


Digərləri 07 İyn 2018 13:58:00 256 0

Zakir Həsənov NATOnun toplantısında iştirak edəcək

İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcək. Azərbaycanı bu toplantıda Müdafiə naziri general-polkovnik Zakir Həsənov təmsil edəcək.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, toplantıda NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılacaq.