Təranə Qumralın məhkəməsi olub


Digərləri 07 İyn 2018 13:26:00 283 0

Təranə Qumralın məhkəməsi olub

Bu gün Nərimanov Rayon Məhkəməsində müğənni Təranə Qumralın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə T.Qumralın anket məlumatları dəqiqləşdirilib.

Daha sonra zərərçəkmiş müğənni Nazənin Salayevanın vəkili Ceyhun Yusifov vəsatət qaldırıb. O, müvəkkili ilə yeni müqavilə bağladığını, cinayət işi ilə tanış olmadığını deyərək, məhkəmədən vaxt istəyib.

Vəsatət təmin edilib.