Azərbaycandakı məktəblərin təxminən yarısının 200dən az şagirdi var


Digərləri 07 İyn 2018 13:15:00 285 0

Azərbaycandakı məktəblərin təxminən yarısının 200dən az şagirdi var

Azərbaycandakı 4400-dən çox məktəbin təxminən yarısı şagird sayı 200 və daha az olan məktəblərdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda son 5 ildə müəllim-şagird nisbəti, yəni bir müəllimə düşən şagirdlərin sayı 8,5-dən 10,5-ə yüksəlib: "25 % dəyişiklik onu göstərir ki, kifayət qədər səmərəlilik artıb. Bu dəyişikliyin bir səbəbi diaqnostik qiymətləndirmədir. Qiymətləndirmədən sonra müəllimlərin bəziləri öz ərizələri ilə işdən azad olunublar".