Pensiyaçıların diqqətinə:


Digərləri 07 İyn 2018 13:04:00 221 0

Pensiyaçıların diqqətinə:

Bu gün vətəndaşlar maaş və təqaüdləri plastik kartlar vasitəsilə əldə edirlər. Bununla da vətəndaş hesabında olan məbləği rahat bir şəkildə bankomatdan çıxara bilir. Lakin bəzi məqamlar var ki, bankomatdan pul çıxaran zaman diqqətli olmaq lazımdır. Xüsusilə maaş və təqaüdlər verilən zaman bankomatın yanında gözləyən bəzi şəxslər vətəndaşlara "kömək etmək" adı ilə dələduzluq edirlər. Həmin işbazların hədəf kütləsi daha çox ahıl vətəndaşlar və bankomatdan pulu çıxara bilməyənlərdir.

Məsələ ilə bağlı ARB TV-nin "Günə doğru" verilişində maraqlı süjet hazırlanıb. Habil Mahmudov - Bank işçisi: "Belə şikayətləri biz çox qəbul eləyirik. Bu mövzuda bankın əsas vəzifəsi bankomatları pulla təmin eləməkdir. Bir də biz vətəndaşlara verilən plastik bankomat kartlarının fin kodlarını onlara fərdi qaydada təqdim eləyirik. Yəni bu, məxfi şəkildə verilir. Bu işbazların fəaliyyəti, ümumiyyətlə, qeyri-qanunidir. Yəni, onun banka heç bir aidiyyəti yoxdur". Lakin sakinlərin əksəriyyəti plastik kartdan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etmirlər. Hətta yaddan çıxmasın deyə məxfi şifrəni plastik kartın üzərinə yazanlar da var. Bu isə kart itirildikdən sonra problem yaradır. Bəzən də kart sahibi hesabındakı pulun oğurlanmasından gec xəbər tutur. Qəhrəman Həsənov - sakin: "Özün bacarmırsansa, özünlə doğma adamlardan birini gətir, pulu götürsün versin sənə. Niyə verirsən öz kartını başqasına, sonra düşürsən onun ardınca. Bu da qeyri-mümkündür. Götürdü kartı getdi. Onun üstündə də nömrəsi var". Nemət Əlizadə - sakin: "Həmin o insanlar ki maaşların çıxarılması vaxtı olur. Bankomatların arxasında qalır. Bilirlər ki, qoca, yaşlı adamlar gələcək, onlara müraciət eləyəcək. Və bunlar üçün bir metoddur. Ona görə də bu yoldan istifadə edərək insanların pulların ələ keçirir". Elə xidmət növləri var ki, bankomatla rahat şəkildə həyata keçirmək mümkündür. Lakin bəzi sakinlər bundan istifadə etməyi bilmirlər. Əvəzində isə bu işi tanımadıqları adamlara belə həvalə edirlər, yaxud da banka gedib xeyli vaxt növbə gözləməli olurlar. Habil Mahmudov - Bank işçisi: "Əslində, biz bank olaraq yaxınlaşan bütün müştəriləri maarifləndiririk bununla bağlı. Bizim, demək olar ki, bütün xidmət növləri üzrə bukletlərimiz var. Vətəndaşlara paylanılır. Yaşlı adamlar, əsasən, daha çox öyrənə bilmirlər, yadda saxlaya bilmirlər. Ona görə belə hallar baş verir". Bankomatdan pul çıxartmağa kömək edənlər mənfəətsiz qalmır. Kart sahibi əvəzində həmin adama zəhmət haqqı verir. Elələri də olur ki, xidmət haqqını özü tələb edir. Buna görə də həmin şəxslər saatlarla bankomatın yanında növbə çəkirlər.


Xəbərə aid foto