Moskvada Rusiya və Ermənistan XİN başçılarının görüşü keçirilir


Dünya 07 İyn 2018 12:57:21 317 0

Moskvada Rusiya və Ermənistan XİN başçılarının görüşü keçirilir

Müzakirələrin əsas mövzularından biri Dağlıq Qarabağ münaqişəsinin həllidir

Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

"Report"un Rusiya bürosunun məlumatına görə, S.Lavrov ermənistanlı həmkarını salamlayaraq, görüşün uğurlu olacağına ümid etdiyini bildirib.

Görüş ərəfəsində müzakirələrin əsas mövzularından birinin Dağlıq Qarabağ münaqişəsinin həlli olacağı açıqlanıb.

Qeyd edək ki, bu, Zöhrab Mnatsakanyanın Ermənistan XİN başçısı kimi Rusiyaya ilk səfəridir.

Z.Mnatsakanyan xarici işlər naziri postunda mayın 12-də 2008-ci ildən 2018-ci ilə qədər Ermənistan XİN-ə rəhbərlik edən Edvard Nalbandyanı əvəz edib.