PAŞA Sığorta “Karyera üçün Təhsil” layihəsi çərçivəsində regionlarda təlimlər təşkil edib (FOTO)


Digərləri 07 İyn 2018 12:38:00 398 0

PAŞA Sığorta “Karyera üçün Təhsil” layihəsi çərçivəsində regionlarda təlimlər təşkil edib (FOTO)

PAŞA Sığortanın təşəbbüsü, “Junior Achievement Azərbaycan” (JA Azərbaycan) İB-nin təşkilatçılığı və PAŞA Holding-in dəstəyi ilə Göyçay və Şəkidə “Karyera üçün Təhsil” layihəsi çərçivəsində “Sığorta işinin əsasları” adlı silsilə təlimlər təşkil olunub.

Bakı. PAŞA Sığortanın təşəbbüsü, “Junior Achievement Azərbaycan” (JA Azərbaycan) İB-nin təşkilatçılığı və PAŞA Holding-in dəstəyi ilə Göyçay və Şəkidə “Karyera üçün Təhsil” layihəsi çərçivəsində “Sığorta işinin əsasları” adlı silsilə təlimlər təşkil olunub. Trend-in məlumatına görə, PAŞA Sığorta şirkətinin əməkdaşları tərəfindən keçirilən təlim məşğələlərində iştirakçılar sığortanın əsas anlayışları, sığorta bazarının strukturu və şirkətin fəaliyyət xüsusiyyətləri ilə yaxından tanış olublar. Təlim zamanı tələbələr müxtəlif praktiki tapşırıqlar vasitəsilə sığorta məhsullarının növləri, onların xüsusiyyətləri və ümumilikdə sığortanın iş prinsipləri barədə biliklərə yiyələniblər. Təlimlər zamanı vurğulanıb ki, bu tipli tədbirlərin başlıca məqsədi regionlarda sığorta maarifləndirilməsini həyata keçirmək, o cümlədən gələcəkdə sığorta sahəsi üzrə gənc kadrların yetişdirilməsinə töhfə verməkdir. Sonda iştirakçılara sertifikatlar təqdim olunub və fəallığı ilə fərqlənən gənclər PAŞA Sığortadan xüsusi hədiyyə ilə təltif ediliblər.