Bakıda avtomobilində bıçaqlanan taksi sürücüsü xəstəxanada ölüb - FOTO - YENİLƏNİB


Sosial 07 İyn 2018 12:25:00 316 0

Bakıda avtomobilində bıçaqlanan taksi sürücüsü xəstəxanada ölüb - FOTO - YENİLƏNİB

Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir

Bakıda avtomobilində bıçaqlanan taksi sürücüsüxəstəxanada ölüb.

"Report" xəbər verir ki,R.Hüseynov1 saylı Kliniki Tibbi Mərkəzə gətirilərkən aqonal vəziyyətdə olub.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

*** 07:29

Nəsimi rayonunda bir nəfər avtomobilində naməlum şəraitdə bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə İbrahim Əbilov 81 ünvanında baş verib.

1981-ci il təvəllüdlü Hüseynov Rəşad Ədalət oğlu idarə etdiyi "Saipa" markalı avtomobili ilə yaşadığı "Kubinka" kimi tanınan əraziyə gəlib.

O, yaralı halda qonşularının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Məlum olub ki, R.Hüseynovun ürək nahiyəsinə iti alətlə xəsarət yetirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisənin dəqiq harda, kim yaxudkimlər tərəfindən törədildiyi araşdırılır.

Foto: Ruslan Məmmədov