Ramos özündən çıxdı: "Firminonun üstünə 1 damcı tərim düşüb, qrip olacaq"


İdman 07 İyn 2018 12:15:00 283 0

Ramos özündən çıxdı: "Firminonun üstünə 1 damcı tərim düşüb, qrip olacaq"

Çempionlar Liqasının finalından günlər keçsə də, söz-söhbətlər bitmir. Real Madrid-in 3-1 hesablı qələbəsi ilə yekunlaşan oyunun əsas "qəhrəman"larından biri Serxio Ramos olmuşdu. Onunla epizodda zədələnən Liverpool-un əsas silahı Salah oyunu yarımçıq tərk etmişdisə, Kariusun isə dirsək zərbəsindən sonra sarsıntı keçirdiyi məlum olmuşdu. 

Goal.az xəbər verir ki, bütün bu müzakirələr Ramosu özündən çıxarıb. İspan futbolçu heyrətləndiyini gizlətməyib:

"Hər şey o qədər şişirdildiyinə heyrət edirəm. Əvvəlcə Salah qolumdan çəkdi. Mən bir, o digər tərəfə yıxılanda çiynində problem yarandı. Ancaq mənim cüdo fəndi yapdığım deyildi. İndi də Kariusun mənim zərbəmdən sonra sarsıntı keçirdiyini deyirlər. Bir o qalıb ki, Firminonun üstünə düşən bir damcı tərimdən sonra qrip olduğunu desinlər". 

Oyundan sonra Salahla mesajlaşmışam, durumu yaxşıdır. Həmin vaxt da iynə vurulsaydı, oyuna davam edə bilərdi. Məndə də bir neçə dəfə belə hal olub. O qədər də ciddi durum deyildi. Ancaq Ramos edincə, məsələ şişirdilir. Fikrimcə, Real Madrid"də olub, illərlə qazandığınız insanların fikri dəyişə bilir.