Bilik Fondu “Kaspi” liseyində müsabiqə qaliblərini mükafatlandırdı (FOTO)


Digərləri 07 İyn 2018 12:11:00 268 0

Bilik Fondu “Kaspi” liseyində müsabiqə qaliblərini mükafatlandırdı (FOTO)

Azərbaycan Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Kaspi” liseyində “Azərbaycan Xalq Cümhuriyyəti haqqında bildiklərimiz” mövzusunda keçirilmiş bilik müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Bakı. Azərbaycan Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Kaspi” liseyində “Azərbaycan Xalq Cümhuriyyəti haqqında bildiklərimiz” mövzusunda keçirilmiş bilik müsabiqəsinin qalibləri mükafatlandırılıb. Bilik Fondundan Trend-ə verilən məlumata görə, müsabiqə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə əlaqədar olaraq Bilik Fondunun “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində keçirilib. “Kaspi” liseyinin (Xətai) direktoru Asif Əzizov iştirakçıları Cümhuriyyətin 100 illiyi münasibəti ilə təbrik edərək məktəblilərin əldə etdikləri uğurlardan bəhs edib. Direktor belə müsabiqələrin keçirilməsinin Cümhuriyyət tariximizin daha dərindən mənimsənilməsinə yardım etdiyini, həmçinin gənclər üçün stimullaşdırıcı rol oynadığını da əlavə edib.