ETSN: Qanunvericiliyin pozulmasına görə 76 min manata yaxın cərimə tətbiq edilib


Digərləri 07 İyn 2018 12:18:43 220 0

ETSN: Qanunvericiliyin pozulmasına görə 76 min manata yaxın cərimə tətbiq edilib

16-31 may 2018-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Bakı. 16-31 may 2018-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 366 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 96 müddətli “məcburi göstəriş” verilib.