ABŞ və Rusiya ordusunun qərargah rəisləri Helsinkidə görüşəcəklər


Dünya 07 İyn 2018 12:05:00 233 0

ABŞ və Rusiya ordusunun qərargah rəisləri Helsinkidə görüşəcəklər

ABŞ Hərbi Qüvvələrinin Baş Qərargah rəisləri Komitəsinin rəhbəri general Cozef Danfordla Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Valeri Gerasimov iyunun 8-də Finlandiyanın paytaxtı Helsinkidə görüşəcəklər.

Son.az report-a istinadən xəbər verir ki, məlumatı Finlandiya Müdafiə Qüvvələri yayıb.

Bildirilib ki, qərargah rəislərinin hər biri ayrı-ayrılıqda Finlandiya Prezidenti Sauli Niinistö və ölkənin Müdafiə Qüvvələrinin komandanı Yarmo Lindberqlə görüşəcək.